“Pilləkən” Uğur Klubu – yeni layihəmizdir. Bu layihənin əsas məqsədi birmənalı şəkildə gənclərə həm təhsil , həm biznes , həm də karyera yolunun ilk pillələrində yol göstərmək , addımlamağa yardım etməkdir.
Bundan savayı “Pilləkən” Uğur Klubunun digər fəaliyyət istiqaməti regionda sahibkarlara , özəl şirkətlərə , müəssisələrə və dövlət qurumlarına aktiv vakansiyalar üzrə mütəxəssislərin cəlb edilmək , produktiv və çalışqan işçilər yönləndirməkdir. İşəgötürən və iş axtaranlar arasında vasitəçilik etmək , hər birinin şəxsi və ya korporativ maraqlarını qorumaqdır. Biz əzmlə çalışırıq ki işə götürən hər bir müəssisəyə , sahibkara tələblərinə uyğun mütəxəssis cəlb edək , iş axtaran gənc kadra karyerasını doğru qurmaqda istiqamət göstərək…
Pilləkən Uğur Klubu – həm təhsil , həm sahibkarlıq , həm də karyera yolunu seçən gənclərə öz xidmətlərini təklif edir.
Təhsil və Fərdi İnkişaf istiqamətində təkliflərimiz :
- Biznes haqqında fundamental biliklər üzrə Təlimlər
- Maliyyə taktikaları , kapitalın və aktivlərin idarə edilməsi üzrə treyninqlər
- Motivasiya , fərdi inkişaf , şəxsi brendinq üzrə Seminar və webinarlar
- Dil Kursları , Kompüter və s baza bilikləri üzrə kurslar
- Xaricdə əyani və qiyabi təhsil imkanları
Karyera və Biznes istiqamətində təkliflərimiz :
- Region üzrə özəl struktur və dövlət qurumlarında vakansiyalar
- Vakansiyalara sənəd qəbulu və konsultasiya
- Ödənişli və ödənişsiz təcrübə proqramları
- Xaricdə qısamüddətli (müqaviləli) iş imkanları
- Startup və yeni sahibkarlara informativ dəstək
- Biznes və sahibkarlıq istiqamətləri üzrə Treyninqlər və Seminarlar
- Regionun ilk CV bazası
Məqsədin varsa , uğurun zirvəsinə addım addım qalxmaq üçün “Pilləkən” Uğur Klubu var